Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 65 850 (+530) hərbçisi məhv edilib.
NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 548 (+11) tank, 5 219 (+14) zirehli döyüş maşını, 1 622 (+23) artilleriya sistemi, 372 (+6) reaktiv yaylım atəşi sistemi, 188 (+1) hava hücumundan müdafiə sistemi, 268 təyyarə, 242 helikopter, 1 276 (+35) PUA, 318 (+2) qanadlı raket, 16 gəmi, 3 985 (+16) avtomobil texnikası və avtosistern, 144 xüsusi texnikadan ibarətdir.












