Rusiya müharibənin 238-ci günü üçün Ukrayna ordusunun itkiləri barədə məlumatı yeniləyib.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 324 təyyarəsi, 161 helikopteri, 2 278 PUA-sı, 383 zenit-raket kompleksi, 5 891 tank və digər zirehli texnikası, 873 reaktiv yaylım atəş sistemi, 3 489 artilleriya və minaatanı, 6 652-dən çox xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə o bildirib.












