Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 69 700 (+480) hərbçisi məhv edilib.
NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 640 (+9) tank, 5 378 (+14) zirehli döyüş maşını, 1 698 (+8) artilleriya sistemi, 379 reaktiv yaylım atəşi sistemi, 192 hava hücumundan müdafiə sistemi, 272 (+1) təyyarə, 251 (+2) helikopter, 1 401 (+3) PUA, 351 qanadlı raket, 16 gəmi, 4 088 (+10) avtomobil texnikası və avtosistern, 151 (+1) xüsusi texnikadan ibarətdir.











