250-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

250-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 250-ci günü üçün Ukrayna ordusunun itkiləri barədə məlumatı yeniləyib.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 328 təyyarəsi, 167 helikopteri, 2 393 PUA-sı, 384 zenit-raket kompleksi, 6 213 tank və digər zirehli texnikası, 879 reaktiv yaylım atəş sistemi, 3 540 artilleriya və minaatanı, 6 920 xüsusi hərbi avtomobil texnikası  məhv edilib”, – deyə o bildirib.