Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 71 820 hərbçisi məhv edilib.
NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 686 tank, 5 485 zirehli döyüş maşını, 1 728 artilleriya sistemi, 383 reaktiv yaylım atəşi sistemi, 197 hava hücumundan müdafiə sistemi, 275 təyyarə, 253 helikopter, 1 413 PUA, 352 qanadlı raket, 16 gəmi, 4 128 avtomobil texnikası və avtosistern, 154 xüsusi texnikadan ibarətdir.











