Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 72 470 (+650) hərbçisi məhv edilib.
NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 698 (+12) tank, 5 501 (+16) zirehli döyüş maşını, 1 730 (+2) artilleriya sistemi, 383 reaktiv yaylım atəşi sistemi, 197 hava hücumundan müdafiə sistemi, 276 (+1) təyyarə, 257 (+4) helikopter, 1 415 (+2) PUA, 397 (+45) qanadlı raket, 16 gəmi, 4 143 (+15) avtomobil texnikası və avtosistern, 154 xüsusi texnikadan ibarətdir.











