Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 94 760 hərbçisi məhv edilib.
NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 966 ədəd tank, 5 928 ədəd zirehli döyüş maşını, 1 929 ədəd artilleriya sistemi, 397 ədəd reaktiv yaylım atəş sistemi, 211 hava hücumundan müdafiə sistemi, 281 ədəd hərbi təyyarə, 264 ədəd helikopter, 4 544 ədəd avtomobil texnikası, 1 617 ədəd PUA, 592 qanadlı raket, 16 gəmi/qayıq, 169 xüsusi texnikadan ibarətdir.












