293-cü gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

293-cü gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 95 260 (+500) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 966 ədəd tank, 5 930 (+2) ədəd zirehli döyüş maşını, 1 931 (+2) ədəd artilleriya sistemi, 404 (+7) ədəd reaktiv yaylım atəş sistemi, 211 hava hücumundan müdafiə sistemi, 281 ədəd hərbi təyyarə, 264 ədəd helikopter, 4 549 (+5) ədəd avtomobil texnikası, 1 617 ədəd PUA, 592 qanadlı raket, 16 gəmi/qayıq, 170 (+1) xüsusi  texnikadan ibarətdir.