3 həmyerlisinə bıçaq və tüfənglə xəsarət yetirən Qazax sakini tutuldu

3 həmyerlisinə bıçaq və tüfənglə xəsarət yetirən Qazax sakini tutuldu

Qazaxda üç nəfərə xəsarət yetirən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən NOCOMMENT.az-a verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində avqustun 22-də rayon sakini R.Əlirzayevə və S.Mansurova bıçaqla, K.Məmmədovun isə ayaq nahiyəsinə odlu silahla xəsarət yetirməkdə şübhəli bilinən şəhər sakini E.Hüseynov saxlanılıb. Saxlanılan şəxsdən nömrəsi silinmiş “Makarov” markalı tapança və 1 ədəd patron götürülüb./ APA