Abşeron rayon su idarəsi kanalzasiya sistemi olmayan həyət evlərinə çirkab su istifadəsinə görə borc yazır.
Saray qəsəbəsi sakini öz sosial şəbəkə hesabında bu barədə məlumat paylaşıb.
Müraciətimizlə bağlı Abşeron Su-Kanal İdarəsinin zəng mərkəzinin məlumatına əsasən, NOCOMMENT bildirir ki, bu barədə məlumat verilmir:
“Bu mövzuda telefon vasitəsi ilə məlumat verilmir. Həmin şəxs abonent kodu ilə birgə mərkəzə yaxınlaşsın, əgər idarə tərəfindən bir səhvlik yaranıbsa, bu səhvi düzəldirik”.











