Ankarada 3 şəhidin izdihamlı dəfn mərasimi keçirildi

Ankarada 3 şəhidin izdihamlı dəfn mərasimi keçirildi

Gürcüstanda hərbi təyyarə qəzasında şəhid olan hərbçilər Cüneyt Kandemir, Ümit İncə və Cem Dolapçı üçün Ankarada dəfn mərasimi keçirilib.

NOCOMMENT.az CNN Türk telekanalına istinadən xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri və bir çox siyasi xadimlər, vitse-prezident Cevdet Yılmaz, TBMM sədri Numan Kurtulmuş, Milli Müdafiə naziri Yaşar Gülər, Xarici İşlər Naziri Hakan Fidan, Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək, Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı, Baş Qərargah rəisi, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı və İYİ Partiya sədri Müsavat Dərvişoğlu iştirak ediblər.

Cənazə namazına çoxlu sayda komandir və millət vəkillərinin qatıldığı görüntülənib.

Digər 17 şəhidin nəşi İstanbula, Bursaya, Kayseriyəə, Əskişəhərə, Amasiyaya, Niğdeyə, Tekirdağa, Sakaryaya, Milasa, Samsuna, Çoruma, Biləcikə, Balıkəsirə, Konucuya yola salınıb.

Xatirə SADİQ