Brilyant axtararkən bunu tapdılar - 500 illik gəmidən çıxanlar ŞOK ETDİ

Brilyant axtararkən bunu tapdılar - 500 illik gəmidən çıxanlar ŞOK ETDİ

Namibiya sahillərində almaz mədənində aparılan işlər zamanı 1533-cü ildə itkin düşən Portuqaliya ticarət gəmisi “Bom Jesus”un qalıqları aşkarlanıb. Təxminən 500 il dənizin altında qalan gəminin içərisindən 40 tondan çox tarixi yük çıxarılıb.

NOCOMMENT.az xəbər verir ki, arxeoloji qazıntılar zamanı 1 845 ədəd mis külçə, minlərlə qızıl və gümüş sikkə, naviqasiya alətləri və 100-dən çox Afrika filinin dişi aşkarlanıb. Mis külçələrin üzərindəki ticarət nişanları və sikkələrin aid olduğu dövr gəminin XVI əsrdə Portuqaliyanın ticarət marşrutlarından birində olduğunu təsdiqləyib.

Gəminin və yükün bu qədər uzun müddət qorunmasında bölgənin təbii şəraiti mühüm rol oynayıb. Afrikanın cənub-qərb sahillərindəki soyuq Benguela cərəyanı və qalın qum təbəqəsi materialların çürüməsini ləngidib. Ərazinin okeanla səhranın arasında yerləşməsi və uzun müddət təcrid olunması da qalıqların qorunmasına şərait yaradıb.

Fil dişlərindən götürülən DNT nümunələri isə XVI əsrdə Qərbi Afrikadakı fil populyasiyası və tarixi fil dişi ticarəti haqqında yeni məlumatlar əldə etməyə imkan verib.

Araşdırmalar gəmidəki yükün Avropa, Afrika və Asiyanı birləşdirən geniş ticarət şəbəkəsinin bir hissəsi olduğunu ortaya qoyub. Mis külçələrin Mərkəzi Avropadan, fil dişlərinin isə Qərbi Afrikadan gətirildiyi müəyyənləşdirilib.

Aşkarlanan tarixi əşyalar və gəmi qalıqları qorunmaq üçün Namibiyanın milli irsinə daxil edilib.\\musavat.com