Zaqatalada TIR-la minik maşını toqquşub.
Hadisə bu gün 12:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunda, Zaqatalanın Əliabad qəsəbəsində baş verib.
Bakı istiqamətində hərəkətdə olan Türkiyəyə məxsus iritonnajlı yük maşını ilə Zaqatala rayon sakininin idarə etdiyi "Chevrolet Niva" markalı avtomobil toqquşub.
İlkin məlumata görə, "Chevrolet"də olan iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Zaqatala rayon xəstəxanasına yerləşdirilib.//APA










