Araik Xankəndiyə qayıda bilmir: Laçın yolu bağlıdır

Araik Xankəndiyə qayıda bilmir: Laçın yolu bağlıdır

Azərbaycanlı fəallar və ekologiya üzrə QHT nümayəndələrinin Laçın yolunun Şuşa ərazisindən keçən hissəsindəki etiraz aksiyasının fasiləsiz davam etməsi Xankəndidəki separatçıları ciddi narahat etməkdədir.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, Ermənistanın bəzi KİV-inin yaydığı məlumata görə, guya, Qarabağ separatçılarının başçısı Araik Arutyunyan ötən gecə geniş işgüzar görüş keçirib.

İclasda Laçın yolunun azərbaycanlılar tərəfindən bağlanması, bunun nəticəsində Xankəndidə yaranmış vəziyyət, separatçıların atacaqları əks addımların müzakirə olunduğu bildirilir.

Qeyd olunur ki, Araik Arutyunyan müqavimət göstərmək və Laçın yolunun açılmasına nail olmaq üçün bütün daxili və xarici imkanlardan istifadə etməyin zəruriliyini vurğulayıb.

“Hraparak” qəzeti isə Araik Arutyunyanın iclas keçirməyinə şübhə ilə yanaşıb. Qəzet yazıb ki, Araikin başçılıq etdiyi “nümayəndə heyəti” Fransada səfərdə idi və dünənə kimi onun Xankəndiyə qayıtması barədə məlumat olmayıb.

“Bizə məlumat verildi ki, nümayəndə heyəti dekabrın 11-də Ermənistana qayıdıb, lakin Araik Arutyunyan hələ də Artsaxa getməyib. Bəlkə səbəb yoldur, bəlkə də Artsaxın problemlərinin həllinin açarı İrəvandadır və o, Paşinyanla görüşə qalıb”, – deyə “Hraparak” yazıb.

Adı çəkilən nəşr dünən, axşama yaxın Qarabağdakı mənbələribdən belə bir məlumat alıb ki, Araik Arutyunyan Xankəndidə deyil. Belə olan halda Araik Arutyunyan Xankəndi separatçılarının rəhbərləri ilə gecəyarısı geniş işgüzar görüşü necə keçirib?

“Yəqin ki, o, Artsaxa gecə girə bilib”, – deyə “Hraparak” yazıb.