Böyük Britaniyada işgüzar səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 12-də bu ölkənin Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə dövlət naziri Leo Doherti və Mİ6 kəşfiyyat xidmətinin rəhbəri Riçard Murla görüşüb.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Həmsöhbətlər təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.












