Ermənistan hökuməti layiqli cəzasını alması üçün Misak Lazaryanı Rusiyaya təhvil vermək niyyətindədir.
NOCOMMENT.az erməni mətbuatına istinadən xatırladır ki, milli zəmində baş verən qətl hadisəsi 2011-ci ilin dekabrında baş veribmiş. Rusiyanın Amur vilayətinin Rayçixinsk şəhərinin restoranlarından birində ermənilər və azərbaycanlılar arasında yaranmış münaqiə əlbəyaxa davaya keçmiş, amma odlu silahdan istifadə həmyerlilərimizdən birinin öldürülməsi ilə başa çatmışdı.

Hadisədən sonra Misak Lazaryan və başqa bir erməni axtarışa verilmişdilər. Rusiya vətəndaşı olan Lazaryan Ermənistana qaça bilmişdi. Erməni KİV-nə görə, onun həmkarının yeri hələ də məlum deyil.
Lazaryanın vəkili Arkadi Gevorkyanın sözlərinə görə, bu hadisədən xəbərdar olan Ermənistanın keçmiş hakimiyyəti qatilə qarşı heç bir tədbir görməmişdilər. Ondan sadəcə ölkədən çıxmamaq haqqında iltizam alınmışdı.
Bununla belə, 2019-cu ildə ölkənin yeni hakimiyyəti və DTX qonşu ölkəni xəbərdar edərək, onun vətəndaşı olan caninin ölkədə saxlandığı barədə məlumatlandırıb. Vəkilin sözlərinə görə, erməni həmkarlarından belə bir məlumat aldıqdan sonra Rusiya Federasiyasının hüquq-mühafizə orqanları Lazaryan barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə ərizə ilə müraciət etmiş və bundan sonra Lazaryanın Rusiya Federasiyasının vətəndaşı kimi ekstradisiyası tələbi Ermənistana göndərilib.
Vəkilin sözlərinə görə, hazırda həbsdə olan Lazaryan sığınacaq üçün Ermənistan hakimiyyətinə müraciət etmiş, lakin bu günə qədər bu məsələ həll edilməyib.
Aprelin 2-də prokurorluq Lazaryanın həbs müddətinin Rusiyaya verilməsi məsələsi həll olunana qədər 60 günədək uzadılması tələbi ilə məhkəməyə müraciət edib.
Həbsxanada qatil ekstradisiya olunmasına etiraz etmək üçün aclıq aksiyasına başlayıb. İrəvanda bəzi tanınmış şəxslər Lazaryanı müdafiə etməyə başlayıblar, onlar da hesab edirlər ki, azərbaycanlını öldürdüyünə görə Lazaryanı cəzalandırmaq düzgün deyil.












