Bakıdan İrəvana TƏLƏB: Laçın-Sisian-Naxçıvan yolu açılsın!

Bakıdan İrəvana TƏLƏB: Laçın-Sisian-Naxçıvan yolu açılsın!

Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması barədə danışıqlar davam edir.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, Gorus-Qafan yolunun bağlanması səbəbindən Bakı və Yerevan arasında Rusiya tərəfinin təşəbbüsü ilə danışıqlar aparılır.

Danışıqlar zamanı Bakının Gorus-Qafan yolunun açılmasına qarşılıq üçtərəfli razılaşmada göstərildiyi kimi Azərbaycanın qalan ərazisi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat dəhlizinin açılmasını tələb etdiyi bildirilir.

Rəsmi Bakı Laçın-Gorus-Sisian-Naxçıvan yolunun açılmasını şərt kimi irəli sürüb.