Başağrı adı ilə dərsdən çıxan məktəbli itkin düşdü

Başağrı adı ilə dərsdən çıxan məktəbli itkin düşdü

Gəncədə və Qazaxda yeniyetmə qızlar itkin düşüb.

NOCOMMENT.az xəbər verir ki, Gəncə şəhər sakini S.Eyyubova polisə müraciət edərək qızı 2007-ci il təvəllüdlü N.Əhmədovanın (soyadlar şərtidir) noyabrın 1-də yaşadığı evdən çıxıb naməlum istiqamətdə gedərək itkin düşdüyünü bildirib.

Bundan başqa, 2010-cu il təvəllüdlü, Qazax şəhərində yerləşən məktəblərdən birinin yeddinci sinif şagirdi olan qız noyabrın 2-də oxuduğu məktəbdə sinif rəhbərindən baş ağrısının olması səbəbindən yaşadığı evə getmək adı ilə icazə alıb. Lakin o, dərsdən çıxıb gedərək evə qayıtmayıb.

Faktlarla bağlı araşdırmalar aparılır.