Bərdədə ağır qəza – Yaralılar var

Bərdədə ağır qəza – Yaralılar var

Bərdədə iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə rayonun Lək kəndində qeydə alınıb.

Belə ki, “Priora” markalı minik avtomobili “Hyundai” markalı maşınla toqquşub.

Qəza zamanı rayon sakinləri Hüseynov Aqil Əjdər oğlu və Sadıqov Elman Saleh oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəsarət alanlardan A.Hüseynovun vəziyyəti ağır olduğu üçün əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.“Qafqazinfo”