Binəli Yıldırım koronavirusa yoluxdu

Binəli Yıldırım koronavirusa yoluxdu

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini Binəli Yıldırımın COVİD-19 testi müsbət çıxıb.

NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, Binəli Yıldırım bu barədə özünün sosial şəbəkə hesabında açıqlama verib:

“Düzce proqramımız zamanı inkişaf edən simptomlar nəticəsində etdiyim COVİD-19 test nəticəsi müsbət oldu. Vəziyyətim yaxşıdır, şükür. İnşallah həkimlərimizin məsləhəti ilə evdə müalicəmi davam etdirərək bu prosesi keçəcəyəm. Dua gözləyər, dua edərik”.