Canlı efirdə müharibəyə etiraz edən redaktor saxlanıldı

Canlı efirdə müharibəyə etiraz edən redaktor saxlanıldı

Rusiyanın “Pervıy” telekanalının “Vremya” verilişində baş vermiş insidentlə bağlı araşdırma aparılır.

NOCOMMENT xəbər verir ki, martın 14-də “Vremya” proqramının əməkdaşı diktor Yekaterina Andreyeva canlı yayımda xəbərləri oxuyarkən, kanalın əməkdaşı efirdə müharibə əleyhinə plakat açaraq, Rusiyanın Ukraynada xüsusi əməliyyatına qarşı etiraz edib.

Hazırda televiziya kanalında xidməti araşdırma aparılır.

Rusiya mediasının yaydığı məlumata görə, efirdə müharibə əleyhinə etiraz edən şəxs kanalın redaktoru Marina Ovsyannikovadır. O, məlum insident səbəbindən saxlanılıb.

Marina Ovsyannikova
Marina Ovsyannikova