Daha 1 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

Daha 1 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

Qarabağdakı döyüşlər zamanı ölən daha 1 erməni hərbçinin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.

NOCOMMENT.az erməni mediasına istinadən xeber verir ki, qalıqlar Cəbrayıl rayonu ərazisində tapılıb.

Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 681-ə çatıb.