Daha bir erməni hərbçinin meyitinin qalıqları tapıldı

Daha bir erməni hərbçinin meyitinin qalıqları tapıldı

Qarabağda 44 günlük müharibə zamanı ölən daha bir erməni hərbçinin cəsədinin qalıqları aşkar olunub.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə qondarma ölkənin fövqəladə hallar xidmətinin sözçüsü Unan Tadevosyan məlumat yayıb.

Onun sözlərinə görə, сəsəd Xocavənddə tapılıb. Onun şəxsiyyəti məhkəmə-tibbi ekspertizadan sonra müəyyən ediləcək.

Xatırladaq ki, 2020-ci il noyabrın 9-da imzalanan bəyanatdan sonra bu günə qədər hərbi əməliyyatların həyata keçirildiyi ərazilərdə 1711 erməni hərbçinin cəsədi və cəsədinin qalıqları aşkarlanıb.