Daha iki erməni hərbçisinin meyiti tapıldı

Daha iki erməni hərbçisinin meyiti tapıldı

Azərbaycan Ordusunun icazəsi ilə aparılan axtarışlar nəticəsində bu gün daha 2 erməni hərbçisinin meyiti tapılıb.

NOCOMMENT.az xəbər verir ki, erməni mətbuatının yaydığı məlumata görə qalıqlar Hadrutda aşkarlanıb.

Bununla da 14 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1588 olub.