Danilov: Ukrayna hərbi təşəbbüsü ələ alıb

Danilov: Ukrayna hərbi təşəbbüsü ələ alıb

Ali Baş Komandanın rəhbərlik etdiyi Ukrayna rəhbərliyi hərbi təşəbbüsü ələ almaq prosesinə başlamağa müvəffəq olub.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov özünün feysbuk səhifəsində yazıb.

“Qəhrəmanca mübarizənin beşinci günü. Ordumuz, bütün təhlükəsizlik və müdafiə sektorumuz tam səfərbərlik rejimində işləyir. Ukraynanın Ali Baş Komandanı, Prezidenti Vladimir Zelenskinin rəhbərlik etdiyi Ukrayna hərbi rəhbərliyi hərbi təşəbbüsün qarşısını almaq prosesinə başlamağa müvəffəq olub. Putinin işğal planının mərkəzi nöqtəsi Ukraynanın paytaxtı Kiyev şəhərinin ələ keçirilməsi və Rusiyanın oyuncaq hökumətinin yaradılması idi. Bu günə qədər planının məqsədlərindən heç birinə nail olmayıb. Bütün istiqamətlərdə cavab verilib”, – deyə Danilov yazıb.