Deputatlarımıza hücum edən daşnaklar cəzalandırılacaq

Deputatlarımıza hücum edən daşnaklar cəzalandırılacaq

Ermənistan polisi ötən gün azərbaycanlı deputatların qaldığı hotelə soxulmağa cəhd edən 25 nəfərə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açıb.

NOCOMMENT.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə vəkil Benik Qalstyan xəbər verib.

“Qərara əsasən cinayət işi açılıb, adıçəkilən 25 nəfər xuliqanlıq edib”, – deyən hüquq müdafiəçisi saxlanılan şəxslərin öz qanunsuz əməllərinə polis idarəsində davam etdiyini bildirib.

Qeyd edək ki, azərbaycanlı deputatların qaldığı hotelə hücum edənlər Ermənistanın radikal millətçi Daşnaksütyun Partiyasının üzvləri olub.