Əmisi oğlunu bıçaqlayıb öldürdü

Əmisi oğlunu bıçaqlayıb öldürdü

Ağdam sakini əmisi oğlunu bıçaqla qətlə yetirib.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Mahrızlı kəndində baş verib.

Kənd sakini, 1996-cı il təvəllüdlü Gərayev Gəray İlham oğlu əmisi oğlu, Gərayev Ülvi Qalib oğlu tərəfindən bıçaqla vurulub. Nəticədə G. Gərayev hadisə yerində ölüb. Hadisəni törədən Ü. Gərayev hüquq-mühafizə əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır./apa.az