Ərdoğan: Türkiyə müdafiə sənayesində çempionlar liqasına yüksəlib

Ərdoğan: Türkiyə müdafiə sənayesində çempionlar liqasına yüksəlib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin müdafiə sənayesi sahəsində uğurlarından danışıb.

NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, Ərdoğan bu barədə Haliç Konqres Mərkəzində keçirilən tədbirdə çıxış edib.

O bildirib ki, Türkiyə müdafiə sənayesində çempionlar liqasına yüksəlib: “Bu sahədə 20 il kimi qısa bir müddətə böyük uğur hekayəsi yazdıq. Müdafiə proyektlərimizin büdcəsini 5.5 milyard dollardan tenderləri davam edən layihələrlə birlikdə 75 milyard ABŞ dollarına çatdırmışıq”.

“Türkiyənin yerli və milli elektrikli avtomobili olan “TOGG” ilə millətimizin 60 illik arzusunu gerçəkləşdiririk. Cümhuriyyətimizin 99-cu ildönümü münasibətilə bu avtomobilin istehsalına başladıq”, – deyə Ərdoğan əlavə edib.