“Ordudan azad olmaq üçün 3 min dollar pul verən və bu gün qışqıranlar xəyanətkardır”.
NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin iclasında çıxış edən “Ermənistan” fraksiyasının deputatı Qeqam Manukyan deyib.
Manukyan söhbətin kimdən getdiyini bildirməsə də, aidiyyatı olan orqanlara məlumat verəcəyini bildirib: “Sərhəd Qoşunlarımızın quruluşu tamamilə başqa cür olub, Qeqarkunikdə və ya Syunikdə rəqibə qarşı mövqe saxlamaq üçün yox, Ermənistan-Gürcüstan sərhədini saxlamaq üçün olub. Neçə il sonra olacağını bilmirəm, ancaq bu hökumətin keçən üç ildəki fəaliyyətinə baxsaq, bu, çətin ki, həyata keçrilsin”.











