Xəbər verdiyimiz kimi, mayın 11-də döyüş mövqeyində güllə yarası olan hərbçi Arqişti Yeqyanın meyiti tapılmışdı.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, istintaqın məlumatına görə, erməni əsgər intihar edibmiş.
Ermənistan İstintaq Komitəsinin hesabatına görə, mayın 11-də saat 10:05-də hərbi hissələrdən birinin döyüş postunda çağırışçı əsgər, sıravi Arqişti Yeqyan xidməti avtomatdan özünü güllələyib.
Ermənistan Cinayət Məcəlləsinin 360.1-ci maddəsinin 3-cü bəndinin 2-ci hissəsi ilə (ehtiyatsızlıqdan hərbi qulluqçunu özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb.
Hadisənin bütün təfərrüatlarının aydınlaşdırılması üçün genişmiqyaslı hüquqi proseslər aparılır.
İbtidai istintaq davam edir.












