Gəncədə 17 yaşlı yeniyetmənin meyiti yaşadığı evdə tapılıb.
NOCOMMENT.az xəbər verir ki, 2009-cu il təvəllüdlü E.Çərkəzlinin meyiti yaxınları tərəfindən aşkar edilib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.\\qafqazinfo.az











