Qarabağda qanunsuz erməni silahlı dəstələrinin üzvləri içkili vəziyyətdə qəza törədiblər.
NOCOMMENT modern-ə istinadən xəbər verir ki, verir ki, bu barədə erməni sosial şəbəkə istifadəçiləri məlumat yayıblar.
Bildirilib ki, spirtli içki qəbul edən silahlı dəstənin 3 üzvü qəzaya düşüb. Hadisə zamanı onlardan biri ölüb, digərlər isə ağır yaralanıblar.
Xankəndi şəhərində tibb məntəqəsinə yerləşdirilən yaralıların vəziyyəti ağır qiymətləndirilir. Hadisənin səbəbi hələlik məlum deyil.











