Erməni silahlıları Füzulinin kəndini atəşə tutublar

Erməni silahlıları Füzulinin kəndini atəşə tutublar

Azərbaycan Ordusunun Füzuli rayonunun Yuxarı Veysəlli kəndi istiqamətində yerləşən mövqeləri fevralın 23-ü saat 10:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.