Erməni spiker Zəngəzurda əsir düşən hərbçiləri fərari adlandırdı – VİDEO

Erməni spiker Zəngəzurda əsir düşən hərbçiləri fərari adlandırdı – VİDEO

Ermənistan Milli Məclisinin sədri Alen Simonyan noyabrın 16-da Zəngəzurda əsir düşən hərbçiləri fərari adlandırıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolara əsasən, söhbət hansısa rəsmi tədbirdə baş tutub.

Simonyan əsirlərin problemini ən azı iki nəfərlə müzakirə edir. Baş verənləri telefonla lentə alan adam susur. Dialoq Ermənistan parlamentinin spikeri ilə başqa bir şəxs arasında aparılır.

Simonyan: Bu məhbusların, bu əsgərlərin məqsədi nə idi? ..

Həmsöhbət: Vətəni qorumaq.

Simonyan: Bağışlayın, bəlkə mən sözümü bir az səhv ifadə edirəm, amma düşünürəm ki, bu əsirlər artıq yoxdurlar. Onlar mənim üçün yoxdurlar. Terrorçular təyyarəni qaçıranda İsrail onlarla danışıq aparmır, həmin təyyarəni vurur. Bu əsirlərin kim olduğunu bilirsinizmi?

Həmsöhbət: Bunu sizdən eşitmək istərdim.

Simonyan: Bunlar silahlarını yerə atıb, qaçıb, azıblar. Mən bu barədə ictimaiyyətə danışa bilmərəm. Sizə maraqlı deyil ki, əsirlərin valideynləri niyə indi aktiv deyillər, mitinq etmirlər? Çünki bu insanlar əsgərlərin fərarilik etdiyini bilirlər. Silahlarını qoyub qaçdılar, fərarilik etdilər və əsir düşdülər.