Ermənistandakı hərbi hissələrdən birinin yanacaq-sürtkü materialları anbarının rəisi ümumi dəyəri 3 milyon dramdan (6 min dollardan çox) çox olan benzin və dizel yanacağı oğurlamaqda ittiham olunur.
NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Bildirilib ki, işin ibtidai istintaqı yekunlaşıb, materiallar prokurorluğa göndərilib.
İstintaqın məlumatına görə, 2021-ci ilin iyul-dekabr ayları ərzində anbar rəisi A.P. vəzifə səlahiyyətindən sui-istifadə edərək 1 228 litr dizel yanacağı, 3 332 litr benzin və ümumi həcmi 2 085 litr olan benzin çeklərini mənimsəyib.
Məlumata görə, zabit neft məhsullarını anbardan qanunsuz olaraq çıxararaq Kotayk rayon sakininə litrini 400 dram qiymətinə satıb.












