Ermənilər 30 mülki şəxsi qətlə yetirib, 143 nəfəri yaralayıb – RƏSMİ

Ermənilər 30 mülki şəxsi qətlə yetirib, 143 nəfəri yaralayıb – RƏSMİ

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən NOCOMMENT.az -a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 30 mülki şəxsi qətlə yetiririlib, 143 nəfəri isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 66, yaşayış evlərinin sayı isə 427-dir.