Ermənistan Şurnux və Vorotan kəndlərində yaşayan çox sayda vətəndaşlarını təxliyə edib.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Qafan bölgəsinin qubernatorunun müavini Narek Babayan təxliyəyə rəğmən hələ də kəndlərdə bəzi ermənilərin qaldığını deyib: “Şurnuxun Qafana gedən alternativ yolu yoxdur, lakin Gorusa bəzi alternativ yollarla getmək olar.
Yolun açılması ilə bağlı danışıqlara yenidən başlamaq lazımdır, amma hazırda bilmirəm başlayıblar, ya yox. Bu ərazidə yaşayan insanlar təxliyə edilib, amma evlərində qalmaq istəyənlər də var.
Bir neçə gün əvvəl özüm o yolla getmişdim, problem yox idi. Amma indi yolun bağlı olan hissəsinə yaxın tikinti texnikası cəlb olunmuşdu. Yanacaqdoldurma məntəqəsinin tikliməsi inandırıcı görünmür, amma nəsə tikinti işləri aparırlar”.
Xatırladaq ki, Ermənistan tərəfi bu gün yaydığı açıqlamada Azərbaycan Silahlı Qüvvələrinin Gorus-Qafan yolununu iki istiqamətdən bağladığını bildirmişdi.











