Ermənistan Müdafiə Nazirliyi Rusiyada fəaliyyət göstərən Strategiyaların və Texnologiyaların Analizi Mərkəzinin II Qarabağ müharibəsinə dair nəşr etdiyi “Qafqazda fırtına” adlı kitabla bağlı açıqlama verib.
NOCOMMENT modern.az-a istinadən xatırladır ki, rusiyalı ekspertlər kitabda hərbi əməliyyatlar zamanı ermənilərin özlərinin açdığı atəşlə 4 Su-25 hücum təyyarəsini və 1 Mi-8 hərbi-nəqliyyat vertolyotunu vurduğu bildirilirdi.
Məsələyə münasibət bildirən Müdafiə Nazirliyi bu iddiaları qəbul etməyib.
“Araşdırmaların nəticəsinə görə 44 günlük döyüşlər zamanı hərbi təyyarə və helikopterlərimiz rəqib tərəfindən vurulub”, – deyə açıqlamada deyilir.












