Ermənistan deputatlarını Xankəndiyə göndərir

Ermənistan deputatlarını Xankəndiyə göndərir

Ermənistan parlamentinin nümayəndə heyəti Xankəndiyə göndəriləcək.

NOCOMMENT unikal.org-a istinadən xəbər verir ki, bu barədə erməni spikerin “Ermənistan Respublikası Milli Məclisi deputatının fəaliyyətinin təminatları haqqında” sərəncamında qeyd olunub.

Əldə olunan məlumata görə, erməni deputatlar Qarabağdakı separatçı tör-töküntüsünün qeyri-qanuni deputatları ilə birgə parlament dinləmələri keçirəcəklər.

Xatırladaq ki, Azərbaycan tərəfi Ermənistan rəsmilərinin Qarabağa qeyri-qanuni səfərlərinin davam edəcəyi halda sərt addımlar atacağını bildirib.