Ermənistan MTX: Azərbaycan hərbçiləri ölkəni İranla birləşdirən yolu bağladı

Ermənistan MTX: Azərbaycan hərbçiləri ölkəni İranla birləşdirən yolu bağladı

Ötən gün, avqustun 25-də Azərbaycan hərbçiləri Ermənistanı İranla birləşdirən Gorus-Qafan yolunun bir hissəsini bağlayıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

“Avqustun 25-də saat 23 radələrində Azərbaycan tərəfi Qafan-Gorus dövlətlərarası yolun Dərbənd-Şurnux hissəsini bağlayıb. Yolun açılması, insanların və nəqliyyat vasitələrinin normal hərəkətinin bərpası üçün işlər davam etdirilir”, – deyə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı açıqlamada qeyd olunub.