Ermənistan müdafiə xərclərini artırır

Ermənistan müdafiə xərclərini artırır

Ermənistanın 2023-cü ildə müdafiə xərcləri 501,3 milyard dram və ya 1,3 milyard dollar təşkil edəcək.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə məlumat hökumətin gələnilki dövlət büdcəsi layihəsində öz əksini tapıb.

Beləliklə, ölkənin hərbi büdcəsi 40%-dən çox artacaq və tarixdə ilk dəfə olaraq 1 milyard dolları keçəcək. Həmçinin hərbi xərclər ənənəvi olaraq büdcədə ən böyük maliyyə tutumu olan sosial proqram üzrə xərcləri ilk dəfə üstələyəcək.