Ermənistan müxalifəti bu gün də aksiya keçirir

Ermənistan müxalifəti bu gün də aksiya keçirir

Ermənistanın paytaxtı İrəvanda ölkənin Baş naziri Nikol Paşinyana qarşı növbəti etiraz aksiyası keçirilir.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, müxalifət nümayəndələri İrəvanda yenidən bir neçə küçəni bağlayıb.

Aksiya iştirakçıları vətəndaşları onlara qoşulmağa çağırıb. Hələ ki saxlanılanlar barədə məlumat yoxdur.

Xatırladaq ki, Ermənistanda aprelin 25-dən etibarən ölkənin Baş naziri Nikol Paşinyana qarşı aksiyalar təşkil edilir. Etirazçılar Paşinyanın və cari hökumətin istefasını tələb edirlər. Müxalifət nümayəndələri aksiyalar zamanı İrəvanda küçələri və vilayətlərdə avtomobil yollarını bağlayırlar.