Ermənistan ordusunda daha bir ölüm

Ermənistan ordusunda daha bir ölüm

Ermənistanın Vardenis şəhərində hərbi hissələrin birində erməni hərbi qulluqçunun cəsədi aşkar olunub.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Əslən Gorusdan olan 20 yaşlı Arqişti Yeqyanın ürək nahiyəsindən güllə yarası aldığı bildirilib. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.