Ermənistan Qarabağ üçün muzdluları belə hazırlayır – VİDEO

Ermənistan Qarabağ üçün muzdluları belə hazırlayır – VİDEO

Ermənistanın Qarabağa müxtəlif ölkələrdən gələn şəxsləri Azərbaycanın işğal olunmuş ərazilərində döyüşmək üçün necə hazırlamasıyla bağlı yeni görüntülər ortaya çıxıb.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı görüntülərdə muzdluların VoMA şirkətinin təlim mərkəzində hazırlandığı yer alıb.

VoMA Ermənistan Müdafiə Nazirliyinin vasitəçiliyi ilə yaradılıb. Şirkətin rəhbəri I Qarabağ müharibəsinin iştirakçısı, kəşfiyyatçı Vova Vardanovdur. Bu şirkət bir müddət öncə dünya ermənilərini Qarabağdakı savaşa səsləmiş və müxtəlif ölkələrdən gələn ermənilərə təlimləri pulsuz keçəcəyini açıqlamışdı.