Türkiyənin Kahramanmaraş bölgəsində çoxmənzilli binada baş verən yanğın nəticəsində üç nəfər ölüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb.
Məlumata görə, əraziyə çox sayda yanğınsöndürmə qüvvəsi göndərilib və yanğın tez bir zamanda nəzarət altına alınıb.
Hadisə zamanı tüstüdən zərər çəkən daha iki nəfər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.\\oxu.az












