Ukraynanın keçmiş dövlət başçısı Petro Poroşenko barəsində qeyri-qanuni hasar inşa etdirməsi səbəbindən cinayət işi başlanıb.
NOCOMMENT.az bildirir ki, bu barədə "İnsayder" Telegram kanalı məlumat yayıb.
Söhbət Ukraynanın keçmiş liderinin Kiyev vilayətinin Kozin qəsəbəsindəki malikanəsinin yanındakı hasardan gedir. Bildirilir ki, hasar çayın sahilinə sərbəst çıxışa mane olur.
Qeyd edək ki, Kozin qəsəbə şurasından bildiriblər ki, Poroşenkoya həmin hasarın inşası üçün heç bir rəsmi icazə verilməyib.











