Ermənistan təkliflərini Rusiyanın vasitəçiliyi ilə Bakıya göndərib

Ermənistan təkliflərini Rusiyanın vasitəçiliyi ilə Bakıya göndərib

Ermənistan sərhəddəki vəziyyətin deeskalasiyası ilə bağlı təkliflər paketini Rusiyanın vasitəçiliyi ilə Azərbaycana təqdim edib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.

“Hazırladığımız təkliflər paketi Rusiyaya, onun vasitəsilə isə Azərbaycana təqdim edilib. Bu təkliflər sərhəddəki vəziyyətin deeskalasiyasına yönəlib”, – deyə o qeyd edib.

Mirzoyan azərbaycanlı həmkarı ilə görüşünün planlaşdırılmadığını, ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfər edəcəyini bildirib.