Hidayət Orucov bu məmurun yaxın qohumu imiş

Hidayət Orucov bu məmurun yaxın qohumu imiş

Ötən gecə vəfat edən görkəmli dövlət xadimi, yazıçı-dramaturq Hidayət Orucov yüksək vəzifəli şəxsin yaxın qohumudur.

NOCOMMENT.az-ın xəbərinə görə, o, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dayısıdır.

Ə.Vəliyev əvvəllər mədəniyyət nazirinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, görkəmli yazıçı-dramaturq, publisist, tərcüməçi, dövlət xadimi və diplomat, Əməkdar incəsənət xadimi Hidayət Orucov iyunun 13-də Türkiyənin İstanbul şəhərində, ömrünün 82-ci ilində vəfat edib. Onun cənazəsi Azərbaycana gətiriləcək və Bakıda dəfn olunacaq. (Yeni Sabah)