Ermənistanda hərbi avtomobil qəzaya uğrayıb, ölən var

Ermənistanda hərbi avtomobil qəzaya uğrayıb, ölən var

Ermənistan Müdafiə Nazirliyinə məxsus “Ural” markalı yük avtomobili qəzaya uğrayıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə shamshyan.com saytı məlumat yayıb.

Hadisə İrəvan-Mehri yolunda baş verib. Nəticədə bir hərbçi ölüb. Hazırda onun kimliyi dəqiqləşdirilir.

Ermənistanın Hərbi Polisi faktla bağlı araşdırma aparır.