Ermənistanda hərbi təlimlər: Smartfonlara 3 aylıq qadağa qoyuldu

Ermənistanda hərbi təlimlər: Smartfonlara 3 aylıq qadağa qoyuldu

Ermənistan Müdafiə Nazirliyi hərbi personalın 3 aylıq təlimlərə qatılma qaydası ilə bağlı izahat verib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, avqustun 25-dən noyabrın 25-dək Ermənistanda zabit heyəti üçün təlimlər keçiriləcək.

Müdafiə Nazirliyi 3 aylıq dövrdə təlim iştirakçılarının geolokasiya, film çəkmək, internetə qoşulmaq funksiyaları olan smartfon istifadə etməyəcəyini açıqlayıb: “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” Qanunun tələbinə əsasən, ehtiyatın birinci kateqoriyasında qeydiyyatdan keçmiş əsgər, kiçik zabit və zabitlər 3 aylıq təlim dövründə əsgər hesab olunacaqlar.

Buna görə də nazirlik onlara təlim ərzində qanunvericilik və digər hüquqi aktlarda nəzərdə tutulmuş məhdudiyyətlərə riayət etmək məcburiyyətində olduqlarını xatırladır”.